BMT: Ukraynanın Wildberries anbarlarına zərbələri müharibə cinayəti sayıla bilər ÖZƏL
13:48 SiyasətUkrayna Silahlı Qüvvələrinin Rusiyanın Tambov və Moskva vilayətlərində yerləşən Wildberries anbarlarına endirdiyi zərbələr beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayəti hesab oluna bilər. Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Təmin Əl-Xitan Cenevrədə keçirdiyi brifinqdə TASS-ın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qəsdən edilən hücumlar beynəlxalq humanitar hüququn normalarına əsasən müharibə cinayəti sayılır.
Bununla yanaşı, BMT rəsmisi hadisə ilə bağlı bütün halların araşdırılmasının zəruri olduğunu da vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31