Berlin və London 2000 km mənzilli qanadlı raket hazırlamağı planlaşdırır- ÖZƏL
12:57 SiyasətAlmaniya və Böyük Britaniya Deep Precision Strike (DPS) proqramı çərçivəsində 2034-cü ilədək 2 min kilometr uçuş mənzilli qanadlı raket hazırlamağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Die Welt qəzeti müdafiə strategiyası və Berlin-London danışıqları ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, proqram iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın əsas layihəsi hesab olunur. Mənbələr bildiriblər ki, tərəflər müdafiə siyasətində əməkdaşlığın "qızıl dövrünü" başlamaqda maraqlıdırlar. Qəzet yazır ki, Böyük Britaniyanın yeni baş naziri Endi Börnəmin dövründə ikitərəfli əlaqələrin daha da dərinləşəcəyi gözlənilir.
Deep Precision Strike konsepsiyası düşmənin dərin arxa cəbhəsində yüksək dəqiqlikli zərbələrin endirilməsini nəzərdə tutur. Die Welt qeyd edir ki, layihə ehtimal olunan Rusiya ilə münaqişə ssenarisi fonunda nəzərdən keçirilir.
Bildirilib ki, təxminən 35 milyard avro dəyərində qiymətləndirilən DPS proqramı NATO-nun iyul ayında Ankarada keçirilən sammitində Böyük Britaniyanın rəhbərliyi ilə alyansın 12 ölkəsinin birgə layihəsi kimi təqdim olunub. Layihədə Almaniyaya mərkəzi rol ayrılıb.