Rusiya hərbi gəmisi İngiltərə sahilləri yaxınlığında döyüş atışları təlimi keçirib- ÖZƏL

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi İngiltərənin Plimut şəhərinin cənubunda, beynəlxalq sularda döyüş atışları ilə müşayiət olunan hərbi təlim keçirib.
Olaylar.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, Kral Hərbi Dəniz Qüvvələri təxminən Plimutdan 40 dəniz mili cənubda baş tutan təlimi bütün müddət ərzində izləyib.
Bildirilib ki, Rusiya hərbi gəmisi təlimə başlamazdan əvvəl Böyük Britaniyanın HMS Tyne patrul gəmisini artilleriya atışları həyata keçirəcəyi barədə məlumatlandırıb və təhlükəsizlik məqsədilə onun daha uzaq məsafəyə çəkilməsini xahiş edib. Britaniya gəmisi də bu tələbə əməl edib.
Məlumata görə, döyüş atışları ilə keçirilən təlim təxminən 30 dəqiqə davam edib.
Böyük Britaniya Müdafiə Nazirliyi vurğulayıb ki, Kral Hərbi Dəniz Qüvvələri Rusiya gəmisinin fəaliyyətini diqqətlə izləməyə davam edir və ölkənin milli təhlükəsizliyinin qorunmasını təmin etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31