Gürcüstan müxalifətinə çağırış: Polyarisasiyaya son qoyulmalıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Öncə Gürcüstan" partiyasının təsisçisi Viktor Kipiani müxalifət partiyalarını və dəyişiklik tərəfdarlarını ölkədəki siyasi qütbləşməyə son qoymağa çağırıb.

Kipiani bildirib ki, əsas məsələ seçkilərdə iştirak edib-etməmək deyil, onların hansı şərtlər daxilində keçirilməsidir. O, hakim "Gürcü arzusu" partiyasından addım gözləmək əvəzinə, müxalifəti ədalətli və rəqabətli seçki qaydaları hazırlayaraq iqtidarla dialoqa girməyə səsləyib. Politikın sözlərinə görə, dəyişiklik tərəfdarlarının dairəsi genişləndikcə, qütbləşməni dəf etmək daha effektiv olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31