Kaxa Kaladze: "Münasibətlərə təmiz səhifədən başlamağa hazırıq" – ÖZƏL
20 İyul 14:45 SiyasətOlaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının baş katibi və Tbilisi merı Kaxa Kaladze ABŞ prezidenti Donald Trampın Gürcüstanın baş nazirinə göndərdiyi məktubu müsbət dəyərləndirib. Kaladze bildirib ki, Gürcüstan tərəfi ABŞ ilə dostluq, tərəfdaşlıq və strateji əlaqələri təmiz səhifədən başlamağa tam hazırdır.
Merin sözlərinə görə, əvvəlki Amerika administrasiyası dövründə Gürcüstana qarşı atılan ədalətsiz addımlar, xüsusən də heç bir əsas olmadan tətbiq edilən sanksiyalar təzyiq və şantaj xarakteri daşıyıb. Kaladze əminliyini ifadə edib ki, prezident Trampın rəhbərlik etdiyi yeni administrasiya bu ədalətsiz qərarları asanlıqla yenidən nəzərdən keçirmək imkanına malikdir. O, eyni zamanda vurğulayıb ki, iki ölkə arasındakı gələcək tərəfdaşlıq həm Gürcüstan, həm də ABŞ xalqlarının bərabərhüquqlu maraqlarının qorunması prinsipinə söykənməlidir