Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)

IV Şuşa Qlobal Media Forumunun xarici iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin sülh, beynəlxalq əməkdaşlıq və Qlobal Cənub ölkələrinin qlobal qərarqəbuletmə sistemində daha ədalətli təmsilçiliyinin zəruriliyinə dair mesajlarını yüksək qiymətləndiriblər.

Afrika, Asiya və Latın Amerikasından vətəndaş cəmiyyəti təşkilatlarının, media qurumlarının və beynəlxalq platformaların nümayəndələri bildiriblər ki, Prezident İlham Əliyevin forumdakı çıxışı beynəlxalq institutların islahatı, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etməkdə olan dövlətlərin qlobal problemlərin həllində rolunun genişləndirilməsi də daxil olmaqla əsas qlobal məsələləri ehtiva edib.

Keniyadan olan Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru Mitika Mvenda bildirib ki, forumda iştirak beynəlxalq nümayəndələrə Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa işləri ilə yaxından tanış olmaq imkanı yaradıb.

"Azərbaycanda keçirilən IV Şuşa Qlobal Media Forumu keçmiş münaqişə zonasındakı insanlar üçün layiqli yaşayış şəraitinin təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan tərəqqini dünyaya nümayiş etdirən vaxtında təşkil olunmuş mühüm platforma oldu", - deyə Mvenda "LinkedIn" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Qlobal Cənub QHT Platforması bərpa təşəbbüslərini, eləcə də Azərbaycan və Ermənistan arasında, həmçinin bütövlükdə regionda uzunmüddətli sülhün bərqərar olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcək.

Nigeriyalı jurnalist Dare Akoqun Prezident İlham Əliyevin qlobal idarəetmə sisteminin islahatı, xüsusilə də Afrika qitəsinin BMT Təhlükəsizlik Şurasında rolunun gücləndirilməsi ilə bağlı fikirlərinə diqqət çəkib.

Akoqunun sözlərinə görə, forumun əsas məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin Afrika qitəsində sülh və təhlükəsizlik problemləri, eləcə də qitə ölkələrinin beynəlxalq strukturlarda kifayət qədər təmsil olunmaması ilə bağlı suala verdiyi cavab olub.

"Həmçinin bir daimi yer Afrika İttifaqına verilməlidir və həmin vaxt Afrika İttifaqına sədrlik edən ölkə Təhlükəsizlik Şurasında təmsil olunmalıdır",-nigeriyalı jurnalist Prezident İlham Əliyevin çıxışından sitat gətirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin mövqeyi daha geniş təmsilçiliyə malik beynəlxalq sistemin yaradılmasının zəruriliyi ilə bağlı qlobal müzakirələri əks etdirir.

Keniyadan olan "Africa Bureau for Climate Stories" təşkilatının nümayəndəsi Brayan Nqiqi bildirib ki, Prezident İlham Əliyev qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinin və Qlobal Cənub icmalarının səsinin daha çox eşidilməsi üçün imkanların genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirib.

Onun sözlərinə görə, forum sülhün, dayanıqlı inkişafın təşviqi, etibarlı məlumatın yayılması istiqamətində birgə səylərin əhəmiyyətini nümayiş etdirib, həmçinin vətəndaş cəmiyyətinin qlobal problemlərin həllində mühüm rolunu vurğulayıb.

Livanın "Human Environmental Association for Development" (HEAD) təşkilatının sədri və icraçı direktoru Mari Terez Merhec Seyf forumda məsuliyyətli media, dayanıqlı inkişaf və səmərəli idarəetmə arasındakı qarşılıqlı əlaqəyə həsr olunan müzakirələrin əhəmiyyətini qeyd edib.

O vurğulayıb ki, etimad, dialoq və əməkdaşlıq müasir çağırışların aradan qaldırılması üçün zəruri şərtlərdir və müstəqil jurnalistika etibarlı məlumatın yayılmasında mühüm rol oynayır.

Zambiyanın "Citizens Network for Community Development Zambia" təşkilatının icraçı direktoru Din Mikson Prezident İlham Əliyevin Qlobal Cənub ölkələrinin beynəlxalq proseslərdə rolunun artırılması və BMT-də islahatlarla bağlı çağırışını dəstəkləyib.

"Qlobal Cənub ölkələrinin səslərinin eşidildiyi, hörmətlə qarşılandığı və qərarqəbuletmə prosesində əks olunduğu daha güclü və inklüziv Birləşmiş Millətlər Təşkilatı sülhün, iqlim ədalətinin, dayanıqlı inkişafın və qlobal bərabərliyin təşviqi üçün zəruridir", - deyə Mikson "LinkedIn" sosial şəbəkəsində yazıb.

Nigeriyanın "ICCDI Africa" təşkilatının təsisçisi Olumide İdovu da Prezident İlham Əliyevin Afrikanın BMT Təhlükəsizlik Şurasında təmsilçiliyinin gücləndirilməsinin vacibliyi ilə bağlı mövqeyini alqışlayıb.

Onun sözlərinə görə, 1,4 milyarddan çox əhalisi olan qitə qlobal sülh və təhlükəsizlik məsələlərinə təsir göstərən qərarların qəbulunda daha mühüm rola malik olmalıdır.

Perudan olan "Ikua4Change" təşkilatının həmtəsisçisi Blanka Muxika Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və vətəndaş cəmiyyətinin beynəlxalq proseslərdə rolunun genişləndirilməsinin vacibliyinə dair fikirlərini yüksək qiymətləndirib.

O vurğulayıb ki, Qlobal Cənub ölkələrinin təşkilatları arasında tərəfdaşlığın inkişafı qlobal çağırışlarla bağlı qərarlar hazırlanarkən onların təcrübə və prioritetlərinin daha dolğun nəzərə alınmasına imkan verəcək.

Esvatinidən olan "EcoHarmony Eswatini" təşkilatının nümayəndəsi Filile Dlamini forumun "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna diqqət çəkib.

Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə, etibarlı məlumatın qorunması və etimadın möhkəmləndirilməsi məsələləri iqlim dəyişikliyi də daxil olmaqla müasir qlobal çağırışlar şəraitində xüsusi əhəmiyyət daşıyır.

İştirakçılar həmçinin forum çərçivəsində süni intellekt, medianın transformasiyası, dezinformasiyaya qarşı mübarizə və jurnalistikanın sülhün təşviqində rolu ilə bağlı keçirilən müzakirələrin əhəmiyyətini də vurğulayıblar.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu media sahəsinin gələcək inkişafını, qlobal əməkdaşlığı və informasiyanın beynəlxalq dialoqun formalaşdırılmasındakı rolunu müzakirə etmək məqsədilə dünyanın müxtəlif regionlarından jurnalistləri, siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)

Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)
Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)
Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)
Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)
Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)
Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)
Şuşa Media Forumunun xarici iştirakçıları Prezident İlham Əliyevin sülh və əməkdaşlığa dair mesajlarının vacibliyini qeyd ediblər (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31