Ermənistan müxalifəti üçün siyasi böhranı həll etmək şansı yaranıb – ÖZƏL
15:26 SiyasətOlaylar.az xəbər verir ki, politoloq Beniamin Matevosyan bildirib ki, Ermənistan müxalifətinin ölkədəki uzunmüddətli siyasi böhranı öz xeyrinə həll etmək üçün real və perspektivli imkanı var. Onun sözlərinə görə, həlledici məqam baş nazir Nikol Paşinyanın konstitusiya islahatları paketini parlamentə təqdim edəcəyi vaxt yetişəcək. Matevosyan qeyd edib ki, hakimiyyətin parlamentdə mütləq konstitusiya çoxluğu olmadığı üçün müxalifət bu layihənin əleyhinə səs verməklə Paşinyanı çıxılmaz vəziyyətə sala bilər. Belə bir ssenaridə konstitusiya dəyişikliklərini qəbul etmək üçün Paşinyan istefa verməli və növbədənkənar seçkilərə getməli olacaq. Bu ərəfədə isə müxalifətin parlamentdə öz baş nazir namizədini irəli sürmək və proseslərin gedişatını dəyişmək şansı yaranacaq. Lakin politoloq müxalifətin bu fürsətdən yararlanıb-yararlanmayacağının hələlik sual altında olduğunu vurğulayıb.