WUF13-ün dördüncü günü yekunlaşdı (FOTOREPORTAJ)

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü yekunlaşıb.

Olaylar.az xəbər verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan, 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçdiyi forumun dördüncü günü də bir sıra mühüm tədbirlər və hadisələrlə yadda qalıb.

Forumun dördüncü günü "Siyasət, sənədlər və maddi resurslar: böhranlara hazırlıq və onlara cavab tədbirlərinin təmin edilməsi üçün potensialın gücləndirilməsi" mövzusunda təlim keçirilib.

Təlim qısa ekspert tövsiyələrini ssenari əsaslı imitasiya məşqi ilə birləşdirib.
Yerli hakimiyyət orqanları, akademik dairələr, humanitar təşkilatlar və QHT-lərdən dəvət olunmuş beş ekspert böhranlara hazırlıq və onlara cavab tədbirləri sahəsində praktikada sınaqdan keçmiş metodları bölüşüblər.

Forum çərçivəsində Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome imzalayıblar.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Sovet dövründə qeyri-rəsmi yaşayış məntəqələri (gecəqondular) müəyyən dərəcədə mövcud olsa da, dövlət tərəfindən tanınmayıb.

Almatı WUF13-ün dördüncü günündə Vision Zero layihəsini təqdim edib.

WUF13 çərçivəsində keçirilən "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar" adlı beynəlxalq panel müzakirəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş dağıntıların miqyasından danışılıb. Tədbirdə hökumət nümayəndələri, akademik dairələr, ictimai fəallar və ekspertlər iştirak edib və müzakirələr əsasən şəhərlərin dağıdılması və yenidən qurulması mövzularına həsr olunub.

Bu gün forum çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat - Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edib.

Forumun dördüncü günündə "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi, Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" mövzusunda konfrans keçirilib. Konfransda zəlzələlərin şəhər üçün yaratdığı potensial risklərdən danışıb.

Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum "Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.

WUF13-ün dördüncü günündən fotoları təqdim edirik:

Foto - Arif Quluzadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31