Dayanıqlı inkişaf strategiyasında Azərbaycanın yeri- ÖZƏL
15:54 Siyasət"Müasir dünyada dayanıqlı şəhər modellərinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu böyük əhəmiyyət daşıyır. Forum müxtəlif ölkələrin şəhərsalma sahəsində təcrübə mübadiləsinə geniş imkan yaratdı. Azərbaycanın belə nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirdi. Tədbir çərçivəsində səsləndirilən fikirlər urbanizasiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verdi". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini Zərifə İbrahimova deyib: "Açılış mərasimində Prezident İlham Əliyevin çıxışı forumun əsas diqqət çəkən məqamlarından biri oldu. Dövlət başçısı çıxışında şəhərlərin inkişafında ekoloji təhlükəsizlik məsələlərinin vacibliyini xüsusi vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, müasir şəhərlər enerji səmərəliliyi və yaşıl texnologiyalar əsasında qurulmalıdır. Onun fikrincə, urbanizasiya prosesi gələcək nəsillərin maraqları nəzərə alınaraq həyata keçirilməlidir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf siyasətinin əsas prioritetlərini ortaya qoydu.
Prezident İlham Əliyev forum zamanı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr barədə də ətraflı məlumat verdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri aparılır. Həmin ərazilərdə yeni yollar, hava limanları və yaşayış kompleksləri inşa edilir. "Ağıllı kənd" layihələrinin həyata keçirilməsi regionun sosial və iqtisadi inkişafına mühüm töhfə verir. Bu layihələr Azərbaycanın müasir şəhərsalma sahəsində əldə etdiyi uğurların real nümunəsi hesab olunur.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında da mühüm rol oynadı. Forum çərçivəsində müxtəlif ölkələr arasında əməkdaşlıq imkanları müzakirə edildi. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qlobal çağırışlara məsuliyyətli yanaşmasının göstəricisi oldu. Dövlət başçısının nitqində humanizm, sosial rifah və ekoloji balans məsələləri əsas yer tutdu. Bu isə Azərbaycanın gələcəyin inkişaf modelini uğurla formalaşdırdığını bir daha nümayiş etdirdi".