"Vahid Milli Hərəkat": İvanişvilinin məhkəmə hökmləri xalqın mübarizəsini dayandıra bilməz – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Levan Bejaşvili Tbilisi Şəhər Məhkəməsinin qarşısında keçirdiyi brifinqdə hakimiyyəti kəskin tənqid edib. O, partiyanın siyasi şurasının sədri Levan Xabeişvili barəsində çıxarılacaq hökmü "İvanişvili məhkəməsinin siyasi edamı" adlandırıb. 

Bejaşvilinin sözlərinə görə, 2012-ci ildən bəri ölkədəki məhkəmə sistemi ədaləti təmin etmək deyil, rusiyayönümlü rejimə müqavimət göstərən müxalifəti və azad sözü boğmaq üçün bir siyasi qisas maşınına çevrilib. O, Mixeil Saakaşvilinin Putinin şəxsi məhbusu olduğunu, onlarla partiya üzvünün isə avropayönümlü gələcəyi müdafiə etdiklərinə görə cəzalandırıldığını vurğulayıb. 

Bejaşvili bəyan edib ki, heç bir həbs və ya siyasi təqib xalqın azadlıq mübarizəsini dayandıra bilməyəcək və bu mübarizə bütün siyasi məhbuslar azad olunana qədər davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31