ABŞ Əfqanıstanda ona kömək edənləri Konqoya köçürmək istəyir
10:12 SiyasətABŞ 2001-2021-ci illərdə Əfqanıstanda keçirilən hərbi əməliyyat zamanı ABŞ qüvvələrinə kömək edən 1000-dən çox Əfqanıstan vətəndaşını Konqo Demokratik Respublikasına (KDR) göndərməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı The New York Times (NYT) yayıb.
Qəzetin məlumatına görə, hazırda Qətərdə ABŞ tərəfindən idarə olunan qaçqın düşərgəsində təxminən 1100 əfqan yaşayır. Onların arasında tərcüməçilər, keçmiş Əfqanıstan xüsusi təyinatlı qüvvələrinin əsgərləri və ABŞ hərbçilərinin ailə üzvləri var.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp artıq bu məsələ ilə bağlı danışıqlar aparır.
Qəzetin yazdığına görə, Qətər əvvəlcə müvəqqəti yaşayış məntəqəsi kimi nəzərdən keçirilirdi. Lakin Tramp administrasiyası ABŞ-da məskunlaşmağa imkan verən proqramı dayandırdıqdan sonra əfqan qaçqınları qeyri-müəyyən vəziyyətdə qalıblar.
Adı açıqlanmayan mənbəyə görə, bir çox əfqan artıq rəsmilərə Konqoya könüllü getməyə razı olmayacaqlarını bildiriblər, çünki orada etibarlı qorunacaqlarına şübhə edirlər.