İsrail Azərbaycanla əməkdaşlığın daha da güclənəcəyinə ümid edir – Səfirli
10:00 Siyasətİsrail Azərbaycanla əməkdaşlığın daha da güclənəcəyinə ümid edir.
Trend xəbər verir ki, bu fikirlər İsrailin Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsində bu ölkənin müstəqilliyinin 78-ci ildönümü münasibətilə edilən paylaşımda yer alıb.
Paylaşımda bildirilib ki, İsrail öz xalqını qorumaq və onların təhlükəsizliyini təmin etmək məsuliyyətində qətiyyətli olaraq qalır.
"Bakıdan İsrailin 78-ci ildönümünü qürurla qeyd edir və İsrail ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın bundan sonra da daha da güclənəcəyinə səmimi ümidimizi ifadə edirik", - deyə paylaşımda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31