Paşinyanın strateji pauzası: Konstitusiya, müxalifət və sülh dilemması- ÖZƏL
17:16 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi üzərində işlədiyini, lakin idarəetmə sistemi ilə bağlı komanda daxili fundamental fikir ayrılıqları səbəbindən sənədin hələ dərc olunmadığını bildirib. O, layihənin 7 iyun parlament seçkilərindən sonra açıqlana biləcəyini qeyd edib. "Hraparak" qəzeti isə iddia edir ki, hakimiyyət seçkiönü risklərdən qaçmaq üçün dərci təxirə salır və hətta parlamentdə mütləq çoxluq olmadan konstitusiya dəyişikliklərini qəbul etmək üçün xüsusi mexanizmlər üzərində işləyir.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ola bilsin fikir ayrılığı səbəbi ilə sülh prosesinə maneələr ola biləyindən ehtiyat edirlər. Təbii ki, ilkin şərtlərdən biri də Ermənistan konstitusiyasından Azərbaycana qarşı torpaq iddialarının çıxarılmasıdır. Mətnin dərc olunmaması şəffaflığın olmadığını göstərir. Hər hansı müddəada əgər ziddiyətli məqam varsa ictimai müzakirə olunmalıdır. Lakin mümkündür ki, hakimiyyət sülhlə bağlı məqamlarda digər müxalif qüvvələrin etiraz dalğası yarada biləcəyindən ehtiyatlanır. Çünki əsasən Rusiya təsirində olan qüvvələr hakimiyyəti daha çox güzəştli davranmaqda ittiham edir. Amma bununla yanaşı hakimiyyətin özünün də müəyyən manevrləri ola bilər ki, seçkidən sonra mətni yaymaqla proseduru daha çox dəstək qazanmaqla maneəsiz açmağı hədəfləsin. Paşinyan əsasən pozucu qüvvələrin təsirindən narahat ola bilər. Öz planları da ola bilər ki, indi mətnin açıqlanması ilə əleyhinə kampaniya başlayar. Odur ki, mümkün qədər sabit və sakit şəkildə seçkini ötürmək istəyir. Hər bir halda konstitusiyada dəyişikliklər labüddür və sülh prosesinin əsas tələblərindəndir. Ona görə də bütün maneələrə rəğmən Paşinyan bu mərhələni açmalıdır ki, rəsmi sülhə nail olunsun".
Zeynəb Mustafazadə