Gürcüstan parlamentindən Aİ-yə sərt reaksiya: "Demokratiyanın təməlləri sarsılır" – ÖZƏL
15:54 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın "Gürcüstan xalqını dəstəkləyirik, hökumətini yox" bəyanatına kəskin etiraz bildirib.
Qorduladze qeyd edib ki, xalqla seçilmiş hakimiyyəti bir-birindən ayırmaq cəhdi Qərb sivilizasiyasının əsas prinsiplərinə və demokratik dəyərlərə birbaşa zərbədir. O, xarici müdaxilənin və xalqın iradəsinə hörmətsizliyin Avropa İttifaqına qarşı skeptisizm yaratdığını vurğulayaraq, Gürcüstanda yeganə qərar vericinin gürcü xalqı olduğunu xatırladıb.
Kaya Kallas isə öz növbəsində, rəsmi Tbilisinin müxalifətə qarşı repressiyalar və media məhdudiyyətləri ilə bağlı siyasətinin Aİ üçün qəbulolunmaz olduğunu və bu sahədə irəliləyiş gözlədiklərini bəyan edib.