Azərbaycanda yeni onlayn media platforması fəaliyyətə başladı – Caspianinfo.az
15:23 SiyasətAzərbaycanın media mühitində yeni onlayn informasiya platforması fəaliyyətə başlayıb.
Fakt.info xəbər verir ki, 6 aprel 2026-cı il tarixindən etibarən Caspianinfo.az saytı rəsmi olaraq oxucuların istifadəsinə verilib.
Caspianinfo.az ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə çatdıran, eyni zamanda siyasi, iqtisadi, sosial və mədəni prosesləri geniş şəkildə işıqlandıran müasir xəbər portalıdır. Saytın əsas məqsədi oxuculara dolğun, dəqiq və sistemli informasiya təqdim etməkdir.
Ölkənin media məkanına yeni daxil olan bu platforma etibarlılığı əsas prioritet kimi müəyyənləşdirib. Portal Azərbaycanın və dünyanın nüfuzlu beynəlxalq informasiya agentliklərinin məlumatlarına istinad edərək xəbərlərin dəqiqliyini və aktuallığını təmin edir.
Caspianinfo.az-ın informasiya siyasətində ölkənin strateji əhəmiyyətli sahələri xüsusi yer tutur. Neft-qaz sənayesi, yaşıl enerji layihələri, turizm, aqrar sektor və iqtisadiyyatın digər istiqamətləri üzrə mütəmadi materiallar hazırlanır.
Dinamik fəaliyyət prinsipi əsasında çalışan yaradıcı komanda müasir media tələblərini nəzərə alaraq oxucular üçün maraqlı və актуal mövzular seçir. Portalda xəbərlərlə yanaşı, analitik yazılar, müsahibələr və videomateriallar da təqdim olunur. Sadə və anlaşılan dilə üstünlük verilməsi geniş oxucu auditoriyasına çıxışı asanlaşdırır.
Bununla yanaşı, Caspianinfo.az oxucu yönümlü platforma kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Sayt istifadəçilərin rəy və təkliflərinə açıqdır və interaktiv media mühitinin formalaşdırılmasına xüsusi önəm verir.
Yeni fəaliyyətə başlayan Caspianinfo.az-ın əsas missiyası operativ, etibarlı və keyfiyyətli informasiyanı oxuculara çatdıraraq qısa müddətdə ölkənin aparıcı onlayn media resurslarından birinə çevrilməkdir.