İran müharibəyə tam hazır vəziyyətə gətirilib: "Yeni sürprizlər" yoldadır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, rəsmi Tehran hərbi əməliyyatların bərpa olunma ehtimalını yüksək qiymətləndirərək döyüş hazırlığını tamamlayıb. Son iki həftə ərzində hərbi qüvvələrin yerdəyişməsini həyata keçirən və yeni hədəf siyahısını müəyyənləşdirən İran tərəfi, potensial müharibə raundu üçün "yeni sürprizlər" hazırladığını bəyan edib. 

Gərginliyin artmasına səbəb kimi ABŞ-nin tələbləri və tətbiq edilən dəniz blokadası göstərilir ki, bu da rəsmi Tehranın qənaətinə görə, danışıqlar prosesinin bərpasına imkan verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31