İran hərbçiləri ABŞ-nin hədələrinə baxmayaraq neft tankerini sularına daxil etdiyini bildirib – ÖZƏL
14:03 SiyasətOlaylar.az xəbər verir ki, "Mehr" agentliyinin İran ordusunun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, "Sili City" neft tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyat qrupunun çoxsaylı xəbərdarlıq və hədələrinə baxmayaraq, Ərəb dənizini keçərək ölkənin ərazi sularına daxil olub.
Bildirilir ki, gəmi İran hərbi dəniz qüvvələrinin müşayiəti və dəstəyi ilə ölkənin cənub limanlarından birinə çatıb və lövbər salıb. İran tərəfi bu hadisəni ABŞ-nin bölgədəki hərbi təzyiqlərinə qarşı uğurlu əməliyyat kimi təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31