Avropa ölkələri yanacaq böhranına qarşı sosial dəstək və təhlükəsizlik tədbirlərini müzakirə edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Le Figaro" nəşrinin məlumatına görə, Fransa hökuməti Yaxın Şərqdəki gərginliklə bağlı artan yanacaq qiymətlərinə cavab olaraq dövlət dəstəyini genişləndirməyi planlaşdırır. 

İqtisadiyyat naziri Rolan Leskyur bildirib ki, may ayından etibarən peşəkar sürücülər və digər əhali qrupları üçün subsidiyaların bərpası nəzərdə tutulur. Eyni zamanda, Almaniya kansleri Fridrix Merts ölkənin enerji təhlükəsizliyini müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını toplamağa hazırlaşır. 

Brüssel isə Aİ ölkələrinə xəbərdarlıq edərək bildirib ki, İranla münaqişənin yaratdığı enerji şokunun daha geniş maliyyə böhranına çevrilməməsi üçün həddindən artıq dövlət xərclərindən qaçınmaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31