Ərdoğan parlament sədrləri ilə görüşüb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib. Olaylar xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Görüş zamanı Türkiyə Prezidenti parlament sədrlərini salamlayaraq, tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. O, Parlamentlərarası İttifaqın daşıdığı missiyanı yüksək qiymətləndirərək, 152-ci Assambleyanın parlament diplomatiyası çərçivəsində daha ədalətli və təhlükəsiz bir dünyanın, sülh və sabitliklə müşayiət olunan gələcəyin əsaslarının qoyulmasına töhfə verəcəyinə inamını ifadə edib.
Prezident Tayyib Ərdoğan parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin qlobal çağırışların həllində vacib rol oynadığını vurğulayaraq, dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31