Narek Karapetyan: "Hakimiyyət nümayəndələrini Soros çörəklə təmin edib" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Ermənistan" partiyasının seçki siyahısına rəhbərlik edən Narek Karapetyan, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə doğru keçirilən yürüş zamanı hakim "Mülki Müqavilə" (MM) partiyasının deputatlarını kəskin tənqid edib.

Karapetyan bildirib ki, hakimiyyət nümayəndələri Soros Fondundan milyonlarla vəsait alaraq xarici maraqlara xidmət edirlər. O, deputatları "hibrit simvollar" adlandıraraq qeyd edib: "Sizi Soros çörəklə təmin edirdi, biz isə çörəyimizi özümüz qazanırıq. Sizin sifarişçiniz elə Soros deyilmi?"

Seçicilərin pulla ələ alınması ilə bağlı yayılan səs yazılarına da münasibət bildirən siyasətçi, bu görüntülərin montaj olduğunu və qəsdən sızdırıldığını iddia edib. O, bu növ təxribatların davam edəcəyini, lakin əsas məqsədlərinin Ermənistanda köklü dəyişiklik etmək olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31