“Rusiya Ukraynada məğlubiyyətə uğradı” -Ərəstun Oruclu

“Amma bu cür aqressiv addımların atılması çox ciddi qlobal qarşıdurma və gərginliyə səbəb ola bilər”

Sevastopol Şəhər Sovetinin deputatı Sergey Smolyaninov Rusiya ordusunun Ukraynaya yeridilməsi təklifi ilə çıxış edib. Məsələyə münasibət bildirən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu hesab edir ki, Smolyaninovun çağırışı absurddur, heç bir məntiqə əsaslanmır. Ukrayna və digər dövlətlərə qoşun yeritmək siyasəti mümkündür. Ə.Oruclu bildirdi ki, Ukraynaya müdaxilə siyasəti effektiv olmayacaq: "2008-ci ildə Rusiyanın Gürcüstana qoşun yeritməsinin şahidi olduq. Təxminən oxşar münaqişə idi. Lakin Gürcüstan hökuməti Rusiya qoşunlarının Abxaziya və Osetiyaya yeridlməsi üçün bəhanə verdi. Eyni zamanda bu Rusiyanın Gürcüstanı cəzalandırmaq istəyi idi. Az qala Tiflisədək gələn rus qoşunları Saakaşvili hökumətilə aparılan danışıqlardan sonra tədricən geri çəkildi. Lakin Rusiyanın ikinci dəfə belə bir praktikaya üz tutacağı inandırıcı deyil. Smolyaninovun bu bəyanatı sadəcə olaraq aranı qarışdırmağa yönəlib. Rusiya tərəfdarları Ukraynada çox ciddi şəkildə məğlubiyyətə uğradılar. Bu ölkədə Avropaya inetqrasiya siyasətini dəstəkləyənlərin sayı çoxdur. Lakin bununla belə hakimiyyət daxilində yaranmış ikitirəlik Yanukoviç iqtidarını təhlükə altında qoyub. Ona görə də Rusiya tərəfindən bu tip bəyanatlar səsləndirilir. Mümkündür ki, Smolyaninov kimlərinsə fikirlərini ifadə edir. Amma bu cür aqressiv adddımların atılması çox ciddi qlobal qarşıdurma və gərginliyə səbəb ola bilər". ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00