“İran Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir”
2 Dekabr 2013 11:46 SiyasətRusiyalı politoloq Konstantin Zatullin erməni mətbuatına açıqlamasında bildirib ki, Türkiyə və İran arasında müsəlman ölkələri içərisində lider olmaq rəqabəti qızışıb. Zatullin qeyd edib ki, Türkiyə Qərbin İrana tətbiq etdiyi iqtisadi embarqolara dəstək verməsə də iki ölkəni biri-birinə yaxınlaşdıran və uzaqlaşdıran amillər var: "Dağlıq Qarabağ məsələsində Türkiyə və İran arasında fikirayrılığı var. İran birmənalı şəkildə Dağlıq Qarabağın Ermənistanın tərkibində qalmasını istəyir. Türkiyə isə Azərbaycanın milli maraqlarına hörmət edərək Ermənistandan mövcud status-kvonun bu ölkənin lehinə dəyişdirilməsini tələb edir. Buna görə də Ermənistan İranla yaxınlaşdığı halda Ermənistandan uzaqlaşır. Mövcud situasiya davam etdikcə, Ermənistan hələ uzun müddət dünyadan təcrid olunmuş vəziyyətdə qalacaq". ("OLAYLAR" İA)