Deputatlarımız GUAM PA-nın sessiyasına qatılıblar
2 Dekabr 2013 11:40 SiyasətMilli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti GUAM Parlament Assambleyasının 6-cı sessiyasında iştirak etmək üçün Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edib. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, parlament nümayəndə heyətinin tərkibinə deputatlardan Elton Məmmədov, Əli Məsimli və Mirkazım Kazımov daxildir. Tədbirdə quruma üzv ölkələrdə geosiyasi mühit, beynəlxalq təhlükəsizliyin qorunmasında parlamentlərin rolu, regional konfliktlərin sabitlik və inkişafa təsiri, Avropaya və Avroatlantik məkana inteqrasiya, iqtisadi, enerji, təbii sərvətlər və ətraf mühit sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində GUAM Parlament Assambleyası Bürosunun və komitələrinin iclasları keçiriləcək. Nümayəndə heyətinin üzvləri toplantılarda müzakirəyə çıxarılacaq məsələlərə dair öz mövqeyini bildirəcək, təkliflərini verəcəklər. Səfər dekabrın 4-da başa çatacaq. OLAYLAR