Sarkisyan Vilnüsdə İlham Əliyevin qabağına getdi VIDEO

Ermənistan prezidenti liderlər xatirə şəkli çəkdirən zaman azərbaycanlı həmkarına yaxınlaşıb

Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə baş tutmuş Şərq Tərəfdaşlığı sammitinin sonunda dövlət başçıları xatirə şəkli çəkdiriblər. ANS PRESS-in 1news.az-a istinadən xəbər verir ki, fotoqraflar bu tarixi hadisəni qeydə almazdan əvvəl maraqlı bir epizod yaşanıb.Həmkarları sıraya düzüləndən sonra salona gecikmə ilə gələn Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın dövlət başçısı İlham Əliyevi görən kimi ona yaxınlaşaraq salamlaşıb.Qeyd edək ki, bir necə gün öncə Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşmüşdülər. Görüşdən sonra Sarkisyan İlham Əliyevlə danışıqların normal keçdiyini demişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00