Vəhabilik İslamı “terror dini”nə çevirir

Elşad Miri: “Bütün məzhəblərin ortaya çıxması İslamın mahiyyətinə uyğun deyil”

Afrikanın Güney-Şərqində yerləşən Andorra Respublikası, bütün vətəndaşlarının dini azadlıqlarının ölkə Konstitusiyası ilə qorunmasına baxmayaraq, İslam dinini rəsmən qadağan edən ilk ölkə kimi tarixə düşüb. Andorra rəhbərliyinin İslam dini ilə bərabər ölkədə mövcud olan 200 dini təşkilatı və məzhəbi də qadağan etdiyi bildirilir. Mərakeşin "La Nouvelle Tribune" qəzetinin xəbərinə görə, mədəniyyət naziri Rosa Kruz dinin ölkəsində qadağan edilməsinin  Ədalət və İnsan Haqları Nazirliyi tərəfindən qəbul edildiyini bildirib. Andorra rəhbərliyi isə ölkədə olan məscidlərin hamısının söküləcəyini planlaşdırır. Kruz eyni zamanda ölkədəki bütün məscidlərin yeni bir qərar qəbul olunana qədər qapalı qalacağına da diqqəti çəkib. Andorra prezidenti Joze Eduardo dos Santos da ötən gün səsləndirdiyi bəyanatda ölkəsində İslamın insanları təsir altına almasına son verəcəklərini bəyan edib. Zanqo rayonunda yaşayan müsəlmanlar isə Andorra hakimiyyətinin qərarına etiraz ediblər. Bu ölkədə 90 mindən çox müsəlman yaşayır. Qeyd edək ki, Andorradan başqa Avropanın Hollandiya, Belçika, Fransa, Almaniya, Danimarka, həmçinin İsrail, ABŞ, Rusiya, Çin, Myanma və digər ölkələrdə son zamanlarda müsəlmanlara ictiqamətli hücumların sayı çoxalıb. Xristian cəbhəsinin İslama olan aqressivliyi beynəlxalq güclərin İslamı parçalamaq və yox etmək cəhdlərindən irəli gəlir. Xüsusən də 2001-ci ildən bu yana İslam ölkələrində baş verən inqilab və qarşıdurmalar da eyni mərkəzdən - Vatikan kilsəsindən idarə olunur. İsrail, ABŞ və Qərbə də İslamı parçalamaq haqqında qərarların Vatikandan verildiyi bildirilir.

Məsələyə münasibət bildirən dini-ekspert, ilahiyyatçı Elşad Miri hesab edir ki, Qərb blokunun İslam dininə olan aqressivliyi İslam dininin getdikcə dünyada güclü struktura çevrilməsindən irəli gəlir: E.Miri bildirdi ki, beynəlxalq güclər sürətlə dünyada müsəlmanların sayının artmasından ehtiyat edirlər: "10 il bundan qabaq "Times" jurnalında belə bir məqalə dərc edilmişdi ki, 50 ildən sonra Avropa İslam dinin mərkəzinə çevriləcək. Bu gün Fransanın bir çox yerlərində İslam dininə qadağalar qoyulub. Çünki Avropada müsəlmanların çoxluq təşkil etdiyi ölkə Fransadır. İkinci yerdə isə İngiltərə dayanır. Qitədə müsəlmanların, əsasən də inkişaf etmiş ölkələrdə çoxalması bir çox Qərb qurumlarını narahat etməyə başlayıb. Həmin təşkilatlar müəyyən yollarla prosesin qabağına almağa çalışırlar. Qərb qitədə daha çox Xristian dininin yayılmasına çalışır. Çünki müsəlmanların sayı çoxaldıqca onların müəyyən vaxtdan sonra dövlət qarşısında tələbləri də arta bilər. Avropa dövlətləri müsəlmanların demokratik hüquqlarından istifadə etmələrindən qorxur. Qorxduğu üçün də İslam dinini insanların gözündən salmağa və qadağalar tətbiq etməyə çalışırlar"

Məqsəd - İslamı yox etmək və "terror dini" şəklini yaratmaqdır

Qərb dünyasının İslam dinini parçalamaq və yox etmək cəhdlərindən ən əsası vəhabilikdir. İkinci adı sələfilik kimi tanınan vəhabizm XVIII əsrdə İngiltərə tərəfindən yaradılıb. Məqsəd birmənalıdır - İslamı köklü şəkildə yox etmək, "terror dini" şəklinə salmaq. Azərbaycanda da vəhabi məzhəbindən olan kifayət qədər insan yaşayır. Radikal məzhəbə aid olan gizli qruplaşmalar Azərbaycanda dini müstəvidə qarşıdurma yaratmaq üçün zaman-zaman müəyyən təxribatlara əl atıblar. Lakin Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində qarşısı alınıb. Bir neçə gün bundan qabaq Bakı şəhəri, Yasamal rayonundakı Məşədi Dadaç Məscidini partlatmaq istəyən vəhabilərin planı MTN tərəfindən aşkar edilərək qarşısı alındı. Bundan əvvəl isə radikallar paytaxtdakı Əbu-Bəkr məscidini partlatmağa cəhd etmişdilər. Vəhabilərin ən nifrət etdiyi məzhəb şiəlikdir. Azərbaycanda fəaliyyət göstərən vəhabilərin əsas məqsədi şiələri öz içərisində əritməkdir. Vəhabilərin şiələrlə müqayisədə sünnilərə daha isti münasibət bəsləməsinin əsas səbəbi isə radikal məzhəbin sünnilikdən gəlməsini iddia etməsidir. Məqsəd yenə də İslam dinində məzhəblərarası qarşıdurma yaratmaqdır. Ekspert Elşad Miri hesab edir ki, Azərbaycan İslam dövləti deyil, bu ölkə müsəlmanların kompakt yaşadığı dünyəvi və demokratik ölkədir. İlahiyyatçı bildirdi ki, Azərbaycanda dinindən və məzhəbindən asılı olmayaraq hamının hüquqları bərabər şəkildə tanınır: "Ona görə də kiminsə nəyisə iddia etməsi düzgün deyil. Azərbaycanda dini müstəvidə baş verən müəyyən gərginliklərin aradan qaldırılmasında hüquq-mühafizə orqanlarının əla təşkil edilmiş iş mexanizmi var. Qanunvericilik çərçivəsində məzhəb və təriqətindən asılı olmayaraq hər kəsin öz sözünü demək haqqı var. Heç kəs başqasının yerinə yaşamır". Vəhabiliyin İslam dinini parçalaması məsələsinə münasibət bildirən Elşad Miri qeyd edib ki, bütün məzhəblərin ortaya çıxması İslamın mahiyyətinə uyğun deyil: "Çünki "Qurani-Kərim"də Allah buyurur ki, Yaradanın ipindən möhkəm yapışın, firqələşməyin, bölünməyin. Əgər müsəlmanlar məzhəblərə bölünürsə, bu İslamın əleyhinə işləyən məsələdir".

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00