SAM-ın şöbə müdiri BMT-nin sessiyasında məruzə edəcək

Azərbaycan Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor  Vüsal Qasımlı BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktoru Li Yongun dəvətilə Perunun paytaxtı Lima şəhərinə səfər edəcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, dekabrın 2-dən 7-dək davam edəcək səfər çərçivəsində Vüsal Qasımlı BMT-nin Sənaye İnkişafı Təşkilatının "Yeni sənaye inqilabi və davamlı inkişaf üzrə əməkdaşlıq" mövzusunda olan 15-ci sessiyasında iştirak edəcək. SAM-ın şöbə müdiri sessiyada regionlararası debatda "İqtisadi diversifikasiya və sənaye siyasəti" mövzusunda məruzə ilə çıxış edəcək. BMT-nin Sənaye İnkişafı Təşkilatının "Yeni sənaye inqilabı və davamlı inkişaf üzrə əməkdaşlıq" mövzusunda olan 15-ci sessiyasında bir sıra ölkələrin prezidentləri, baş nazirləri və nazirləri, habelə yüksək səviyyəli biznes və akademik dairələrin nümayəndələrinin iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00