Mirzə Sakit: “Əli Kərimliyə 5 baş qoyunu etibar etmək də günahdır”
29 Noyabr 2013 13:07 SiyasətSatirik şair Mirzə Sakit yenə də "Facebook" ünvanında AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid edib. Şair onun "Azadlıq" qəzetinə olan qərəzi barədə yayılan məlumatlara aydınlıq gətirib. Mirzə yazır: "Kim deyirsə ki, Mirzə Sakit "Azadlıq" qəzetini sevmir, o adam xəstə və debil adamdır. Qəzet kağız parçasıdır, kağıza necə nifrət etmək olar axı? Sadəcə olaraq, mən "Azadlıq" qəzetində çalışan qəzetin bəzi rəzil əməkdaşlarına və bədbəxt rəhbərliyinə, konkret olaraq, qəzetin sahibi Əli Kərimliyə yazığım gəlir. Bu adamların Azərbaycan xalqına hansısa töhfələr verə biləcəyini düşünən adamlara da yazığım gəlir. Adlarını sadaladıqlarım insanlara nəinki dövlət, heç 5 baş qoyun da etibar etmək olmaz, bu çox böyük günah sayılar". ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00