Birləşmiş Ərəb Əmirlikləri mətbuatı Azərbaycan barədə yazacaq

Birləşmiş Ərəb Əmirliklərinin birləşməsinin 42 ildönümü ərəfəsində 8-ci "Dubay mədəniyyət" mükafatlarının təqdimetmə mərasimi keçirilib. "OLAYLAR"-ın məlumatına görə, mərasimə BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov da dəvət edilib.  Təqdimat mərasimində Dubay Əmirliyinin Mədəniyyət Nazirliyi, Əmirliyin yazıçılar, kinemotoqraflar və musiqiçilər Ittifaqlarının məsul ṣəxsləri, Misirin  mədəniyyət naziri Məhəmməd Sabir Ərəb, eyni zamanda yerli televiziya və mətbu orqanların rəhbərləri iṣtirak ediblər. Mərasimdə müxtəlif nominasiyalar üzrə bir neçə ərəb ölkələrindən olan 7 qalibə mükafatlar təqdim edilib.  "Azərbaycan" Cəmiyyətinin sədri Samir Imanov tədbirdə iṣtirak edən media qruplarının baṣ redaktorları ilə dekabr ayında Azərbaycanın mədəniyyət və turizm potensialı haqqında 2 müxtəlif jurnalda məqalələrin dərc edilməsi barədə razılıq əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00