Ketrin Eşton: Aİ Kiyevlə assosiasiyalar üzrə dialoqda tezliklə irəliləyişə nail olacağına ümid edir
29 Noyabr 2013 11:39 SiyasətKiyevin müvafiq sazişin imzalanmasına hazırlığın dayandırılması qərarına baxmayaraq, Avropa İttifaqı tezliklə Ukrayna ilə assosiasiyalar haqqında məsələ üzrə danışıqlarda irəliləyişə nail olacağına ümid edir. Bunu Aİ-nin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton cümə günü bəyan edib. Xəbəri RİA Novosti yayıb. K.Eşton Vilnüsdə Şərq Tərəfdaşlığı sammitinin plenar iclasından qabaq jurnalistlərə deyib: "Müqavilənin bağlanması məsələsi açıq qalır, çünki bu, Ukrayna üçün, bizim üçün çox vacibdir. Və mən ümid edirəm ki, biz mümkün qədər tez bir zamanda bu məsələnin həllində irəli gedə biləcəyik". trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00