Prezident İlham Əliyev Vilnüsdə "Şərq tərəfdaşlığı" Sammitində dövlət, hökumət və nümayəndə heyəti başçıları üçün təşkil olunmuş qeyri-rəsmi işçi naharında iştirak edib

AzərTAc xəbər verir ki, Vilnüsdə "Şərq tərəfdaşlığı" Sammitində iştirak edən dövlət, hökumət və nümayəndə heyəti başçıları üçün noyabrın 28-də qeyri-rəsmi işçi nahar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işçi naharda iştirak etmişdir.

---------
21:57

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berjinsin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

--------
20:06

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu.

Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirildi, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

---------
16:33

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına işgüzar səfərə gəlmişdir.

Dövlətimizin başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00