“GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti müzakirə olunub
28 Noyabr 2013 17:14 SiyasətAMEA Rəyasət Heyətində Birləşmiş Millətlər Təşkilatının Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə "GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilib.
2012-ci il aprel ayında Kiyevdə (Ukrayna) keçirilmiş "Kütləvi qırğın və ikili təyinatlı silah istifadəsinin qarşısının alınması" mövzusunda dəyirmi masanın davamı olaraq keçirilən tədbirdə hökumət nümayəndələri, alimlər, o cümlədən UETM mütəxəssisləri, GUAM ölkələrinin beynəlxalq və regional təşkilatlarının nümayəndələri iştirak edib.
Əsas məqsəd kimyəvi, bakterioloji, radioaktiv və nüvə silah risklərinin qarşısının alınması üzrə təhlükəsizlik sahəsində dövlətlərarası təcrübə mübadiləsinin aparılması olub. ("OLAYLAR"İA)