“Atatürkün bütün imzaları saxtadır” – TBMM millət vəkili
28 Noyabr 2013 13:56 Siyasəttürk Tarixi Qurumunun keçmiş sədri və MHP sədrinin vəkili Yusif Halaçoğlu Ayasofyanın muzeyə çevrilməsi sənədləri ilə bağlı diqqətçəkən iddia irəli sürüb. Türkiyə kanallarından birində canlı yayımda qonaq olan Yusif Halaçoğlunun iddiasına görə, Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı olan sənədlərdəki Atatürkün imzası saxtadır. 8 noyabr 2013-cü ildə Ayasofyanın yenidən məscid kimi istifadəyə verilməsi üçün TBMM-nə qanun layihəsi təklifi irəli sürən Halaçoğlu dövlət arxivindən əldə etdiyi sənədi göstərərək oradakı imzanın saxta olduğunu bildirib. İddialarının sənədlərə söykəndiyini irəli sürən Halaçoğlu "Atatürkün bu sənədlərin heç birində şəxsi imzası yoxdur. Bütün imzalar saxtadır" deyə bildirib. Halaçoğlu "Bu qanun keçərli deyil, çünki heç bir rəsmi dövlət qəzetində yayımlanmayıb. Atatürk Ayasofyanın muzeyə çevrilməsinə qarşı çıxınca onun imzası saxtalaşdırılıb" deyə bildirib. "Atatürk vəfat etdikdən sonra Şükrü Saraçoğlunun baş nazirliyi dövründə təhsil naziri Ali Yücel tərəfindən bur kitab nəşr etdirilir. Atatürkün saxta imazsını daşıyan bu qanun layihəsini ilk dəfə bu kitabda görürük. 1924-cü ilin Konstitusiyasına görə, rəsmi qəzetdə yayımlanmayan qanunun keçərliyi yoxdur" deyə bildirib. Bundan başqa canlı yayımda Fatih Sultan Mehmetin Ayasofya ilə bağlı iki səhifəlik vəsiyyətini də oxuyan Halaçoğlu "Fatih Sultan Mehmet vəsiyyətində "kim Ayasofyanın yerinə başqa bir şey inşa edərsə, Allahın lənəti olsun üzərinə-deyə yazıb" bildirib.("OLAYLAR" İA)