“Rəhim Qazıyev ağzına gələni danışan qeyri-ciddi adamdır” - Vurğun Eyyub
“Heç o, İsa Qəmbərin uşaqlarının Müsavat Partiyasının üzvü olub-olmamasını bilmir”
28 Noyabr 2013 13:25 SiyasətAzərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev Müsavat Partiyasının başqanı İsa Qəmbəri demokratik dəyərlərə hörmət etməməkdə ittiham edib. R.Qazıyev mətbuata açıqlamasında bildirib ki, İsa Qəmbər başqanlıq postuna oğlunu gətirmək niyyətini güdür. Məsələyə münasibət bildirən Müsavat partiyasının Divan üzvü Vurğun Eyyub bildirdi ki, Rəhim Qazıyevin iddiaları tamamilə cəfəngiyyatdır. V.Eyyub hesab edir ki, ümumiyyətlə onun kimi qeyri-ciddi adamların fikirlərinə münasibət bildirmək düzgün deyil: "Rəhim Qazıyev o qədər qeyri-ciddi adamdır ki, ağzından nə çıxırsa, özü də bilmir, hər gün ağlına gələn bir şey danışır. Heç o, İsa Qəmbərin uşaqlarının Müsavat Partiyasının üzvü olub-olmamasını bilmir. Sabiq nazir bu məsələləri aydınlaşdırdıqdan sonra Müsavat və İsa Qəmbər haqqında fikir səsləndirə bilər. R.Qazıyev kimi adamlar nə istəsələr, onu da danışırlar". ("OLAYLAR" İA)