“Azərbaycan olmadan ABŞ regional planını həyata keçirə bilməz” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır, bu əvvəl də belə idi”
28 Noyabr 2013 13:24 SiyasətQərb və Azərbaycan mətbuatından yayılan məlumatlara görə, Ağ Evin İranla yaxınlaşması davamlı xarakter daşıyarsa, Azərbaycanın regional mövqeyi ABŞ üçün arxa plana keçəcək. Məsələyə münasibət bildirən BAXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli hesab edir ki, bu barədə yayılan məlumatlar manipulyasiyadan başqa heç nə deyil və həmin açıqlamaları verənlər ABŞ-ın xüsusi xidmət orqanlarına yaxın olan insanlardır. E.Mirzəbəyli bildirdi ki, ABŞ-ın Azərbaycandakı keçmiş və qalmaqallı səfiri Riçard Kozlariç mütəmadi olaraq oxşar mövzulardan istifadə edərək Azərbaycana qarşı mesajlarını çatdırmağa çalışır. Kozlariçin dediyi kimi bunun üçün hər hansı bir effektiv şərait də yoxdur. BAXCP rəsmisi qeyd etdi ki, Kozlariç vaxtilə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olub. ABŞ-İran yaxınlaşmasını müəyyən müddət bölgədə sabitliyin qorunub saxlanılmasına və İranın Suriyaya müdaxiləsinin qarşısını almağa çalışan amil adlandıran E.Mirzəbəyli vurğuladı ki, məsələdə İsrailin təhlükəsizliyi faktoru və digər amillər var. ABŞ-İran yaxınlaşması uzunmüddətli olmayacaq: "İndiki şəraitdə Vaşinqton-Tehran yaxınlaşması ciddi faktor deyil. İkitərəfli əlaqələrin Azərbaycanın regionda oynadığı rolu və əhəmiyyətini azalda bilməyəcək. ABŞ məsələdə azərbaycanlı amilini unutmur. Çünki İran adlanan dövlətin də əhalisinin mütləq çoxluğunu azərbaycanlılar təşkil edir. Azərbaycan türklərinin bölgədəki çoxluğu sıradan, demoqrafik faktor deyil. Azərbaycanlı toplumu bölgədə əsas söz sahibdir. Regionla bağlı planlar bu toplumun iştirakı ilə baş verməyəcək. Enerji məsələlərinə gəlincə isə Avropa İttifaqı və bütün Qərb ölkələri İranla bu sahədə əməkdaşlıq edirdilər. Lakin uzun müddətdir ki, həmin sahədə olan əlaqələr tamamilə kəsilib. İrana qarşı tətbiq edilən sanksiyalardan əvvəl də Azərbaycan Qərb dövlətlərilə enerji və digər sahələrdə geniş əlaqələrə sahib idi. İniki vəziyyətdə də həmin əməkdaşlıqlar davam edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır, bu əvvəl də belə idi. Əgər İran keçmiş portnyorları ilə əlaqələrini bərpa edəcəksə, bunun Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Yayılan məlumatlar isə əsəbləri gərginliyə çəkmək və İran-Azərbaycan münasibətlərini qızışdırmağa xidmət edir". ("OLAYLAR" İA)
Kiyevdə Azərbaycan-Türkmənistan-Ukrayna dostluğuna həsr olunmuş tədbir keçirilib
Süleyman/("OLAYLAR")/ Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Türkmənistan-Ukrayna dostluğuna həsr olunmuş "Mədəniyyət körpüləri xalqları birləşdirir" adlı mədəni tədbir keçirilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və Türkmənistanın Ukraynadakı səfirlikləri, həmçinin Taras Şevçenko adına Kiyev Milli Universitetinin birgə təşkil etdiyi tədbirin əsas məqsədi sülh və dostluq, qarşılıqlı hörmət və anlayış, digər millət və mədəniyyətlərə tolerant yanaşma hisslərinin təbliği olub. Tədbirin əvvəlində Heydər Əliyev Fondunun sifarişi ilə Azərbaycan barədə hazırlanmış videomaterial, həmçinin Ukrayna və Türkmənistan haqqında süjetlər göstərilib. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Bakı, Aşqabad və Kiyev münasibətləri, ölkələr arasında siyasi və mədəni əlaqələrdən danışıb.
Müğənni özündən 25 yaş böyük xanımla ailə həyatı qurmağa hazırlaşır
Nigar, "OLAYLAR" İA. Gənc müğənni Rövşən Civişov ondan 25 yaş böyük xanımla ailə həyatı qurmağa hazırlaşır. Bu haqda müğənni "OLAYLAR"a açıqlamasında deyib: "Sevgi yaşa baxmır. Ola bilər ki, kimsə məni buna görə qınayar. Martda ailə həyatı qurmağa hazırlaşıram. Xanım amerikalı müğənnidir. Adı da Merlin Manroyadı. Azərbaycanda iki dəfə olub, bir-birimizi çox sevirik". OLAYLAR" İA.