Kiyevdə Azərbaycan-Türkmənistan-Ukrayna dostluğuna həsr olunmuş tədbir keçirilib

Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Türkmənistan-Ukrayna dostluğuna həsr olunmuş "Mədəniyyət körpüləri xalqları birləşdirir" adlı mədəni tədbir keçirilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə,  Azərbaycan və Türkmənistanın Ukraynadakı səfirlikləri, həmçinin Taras Şevçenko adına Kiyev Milli Universitetinin birgə təşkil etdiyi tədbirin əsas məqsədi sülh və dostluq, qarşılıqlı hörmət və anlayış, digər millət və mədəniyyətlərə tolerant yanaşma hisslərinin təbliği olub. Tədbirin əvvəlində Heydər Əliyev Fondunun sifarişi ilə Azərbaycan barədə hazırlanmış videomaterial, həmçinin Ukrayna və Türkmənistan haqqında süjetlər göstərilib. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Bakı, Aşqabad və Kiyev münasibətləri, ölkələr arasında siyasi və mədəni əlaqələrdən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00