“Prezidentin sərəncamı cümhuriyyət qurucularına böyük hörmət və ehtiramın ifadəsidir” - Mübariz Qurbanlı

"Tarixi keçmişimizə böyük hörmət, tarixi keçmişimizdən ibrət dərsi almaq, onu gənc nəsillərə çatdırmaq Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə çox əhəmiyyətli yer tutub".  "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına partiyanın icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi Ulu öndərin zamanında Milli Məclisdə təntənəli şəkildə qeyd olunub: "Eyni zamanda, Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi ilə əlaqədar sərəncamlar imzalayıb, bu yöndə tapşırıqlar verib. Yəni, bizim tarixi keçmişimizə olan münasibətimiz dəyişməz qalır. Prezident cənab İlham Əliyev də tariximizə, tarixi ənənələrimizə, milli adət-ənənələrimizə, tarixi keçmişimizə, tarixi şəxsiyyətlərimizə çox böyük diqqətlə yanaşır və onun verdiyi sərəncamlarda bu həmişə özünü göstərir. Prezident İlham Əliyev Xalq Cümhuriyətinin qurucularının tariximizdə yerini, onların adının əbədiləşdirilməsini öndə tutan qərarlar verib". Mübariz Qurbanlı deyib ki, dövlət başçısının  M.Ə.Rəsulzadənin 130 illik yubileyi haqqında imzaladığı Sərəncam da tarixi keçmişimizə və cümhuriyyət tariximizə, həmin dövlətin qurucularına olan hörmət, izzət və ehtiramdan irəli gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00