Deputatlarımız Baltik Assambleyasının sessiyasına qatılacaqlar

Milli Məclisin deputatları Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının 32-ci sessiyasında iştirak etmək üçün noyabrın 28-də Latviyanın paytaxtı Riqaya səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, toplantıda regional turizm konsepsiyasının inkişafı, innovasiya sahəsində əməkdaşlıq, mütəşəkkil cinayətkarlıqla mübarizədə qabaqlayıcı tədbirlər və digər mövzularda müzakirələr aparılacaq, qurumun Rəyasət Heyətinin, Büdcə və audit komitəsinin hesabatları dinləniləcək, təşkilatı məsələlərə baxılacaq. Sessiya çərçivəsində keçiriləcək Baltik Şurasının 19-cu iclasında Birgə bəyannamə imzalanacaq. Millət vəkilləri tədbirdə müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar. Səfər noyabrın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00