Yazıçı Mark Tven Əli Kərimli haqqında nə deyib?

Əli Kərimli haqqında yazılan materiallarda adətən nəticə çıxarmaq ya çətindir, ya da ki, ümumiyyətlə lazım deyil, yazı üçün, çünki AXCP sədrinin özündən pis nəticə ola bilməz, yəni müxalifət üçün

"Azadlıq" qəzetinin müvafiq qurumlara olan borclarının ödənilməsi üçün yığılan 30 min manat ianə haqqında maraqlı faktlar ortaya çıxıb. Belə ki, AXCP-dən mətbuata sızdırılan məlumata görə, partiya sədri Əli Kərimli "Azadlıq" qəzetinə edilən maliyyə yardımını mənimsəyib. Bir neçə gün öncə qəzet borclarını ödəmək üçün abunə və ianə kampaniyası keçirib. Ayrı-ayrı şəxslər qəzetə 30 min manatdan çox yardım edib. Bu yardımın cəmi 14 min manatı nəşriyyata olan borcun bir hissəsinin ödənilməsinə, 5 min manatı isə əməkhaqlarının ödənilməsinə yönəlib. Qalan vəsaiti isə "başqa xərclər" adı altında Əli Kərimli mənimsəyib. Mənbə bildirir ki, AXCP sədri 11 min manatdan çox yardımı qəzetin baş redaktor əvəzi Rahim Hacıyevin vasitəsi ilə mənimsəyib. 11 min manatın yoxa çıxması redaksiyada narazılıq yaratsa da, R.Hacıyev işçiləri sakitləşdirib ki, pullar qəzet üçün guya kağız alınmasına xərclənib. Əslində ortada təəccüblənəsi heç nə yoxdur, AXCP sədrindən bundan başqa nəsə gözləmək sadəlövhlük olardı. "Azadlıq" qəzetinin xilası üçün ayrı-ayrı şəxslərin qəpik-quruşu hesabına yığılmış 30 min manat ianənin Ə.Kərimli tərəfindən mənimsənilməsi partiya sədrinin şəxsi keyfiyyətinin göstəricisidirsə, bu, digər tərəfdən onun siyasi portretini tamamlayır. Əli Kərimli bununla bir daha siyasi ambisiyasını ortaya qoydu. AXCP ətrafındakı narazı elektorat başa düşməlidir ki, bu Ə.Kərimli indiyədək məhz nəyə görə Azərbaycan hakimiyyətinin başına keçməyə təkid edir. Əli Kərimli özünü İctimai Palata və Milli Şurada açıq şəkildə ekranlaşdırdı. Rüstəm İbrahimbəyovun fiaskosundan sonra AXCP sədri müəyyən qüvvələrin əlilə Müsavat başqanı İsa Qəmbəri zərərsizləşdirərək, öz adamı Cəmil Həsənlini qurumun vahid namizədi postuna əyləşdirdi. Bir tərəfdən də İctimai Palata daxilində də İsa Qəmbəri passivləşdirərək pozuculuq işi apardı. Qurumu qocalmış ziyalılardan ibarət "veteranlar klubu"na çevirdi. Müxalifətçi fəalların İP-dən qaçmasının əsil səbəbkarı da Əli Kərimlidir. Əgər ki, AXCP sədri həqiqətən də siyasət adına və pafoslu çıxışlarında onu dəstəklədiyini iddia etdiyi xalq üçün iş görürdüsə, 20 illik acınacaqlı məğlubiyyətdən sonra siyasi mədəniyyət göstərərək istefa verib kənara çəkilməli idi. AMİP lideri Etibar Məmmədov və ADP sədri Sərdar Cəlaloğlu artıq belə bir addım atıblar. Lakin bunun müqabilində uzun illərdir ki, Ə.Kərimli "Azadlıq" qəzeti və AXCP üçün xaric və daxildən ayrılan qrantları mənimsəyir. Bir sözlə sədr partiya və qəzeti şəxsi gəlir mənbəyinə çevirib. Düzdür, Əli Kərimli iddia edə bilər ki, o, siyasət adamıdır, əsas gəliri də bu sahədən gəlir. AXCP sədri də partiyadan ayrılandan sonra hansı vəsait hesabına yaşamağı götür-qoy edir. Ortada olan müəmma da ondan ibarətdir ki, Əli Kərimli sosial həyatını təmin etmək üçün başqa sahədə özünü təsdiq edə bilməyəcək. Dünya praktikasından da məlumdur ki, həmişə siyasətdən kənarlaşan adamların əksəriyyəti siyasi təcrübələri haqqında kitablar yazaraq qazanc yerləri əldə edirlər, yaxud da təqaüdə çıxaraq dövlət tərəfindən ayrılan pullar hesabına yaşayırlar. Amma Əli Kərimlinin həmin siyasətçilərdən fərqi odur ki, partiya sədri siyasətçi deyil. Heç vaxt bu işlə məşğul olmayıb. Belə bir təsəvvür etmək də olar ki, Əli Kərimli istefa verib və kitab yazır. Axı bu düzgün deyil. Nə yazsın? Ortada fal yox, yumurta yox. Bu adamın heç siyasi təcrübəsi və fəaliyyətinin arxivində adını ağa çıxaracaq material da yoxdur. Əbülfəz Elçibəydən başlayaraq uzun illərdir ki, bu adamın başı istər müxalifət, istərsə də iqtidar yönlü mətbuatda qara həlqə içərisində göstərilir. Əli Kərimli haqqında yazılan materiallarda adətən nəticə çıxarmaq ya çətindir, ya da ki, ümumiyyətlə lazım deyil, yazı üçün. Çünki AXCP sədrinin özündən pis nəticə ola bilməz, yəni müxalifət üçün. Əli bəy, yazıçı Mark Tven deyirdi ki, dünyanın sizə sanki borcu var kimi fikirlər düşünməyin, o sizdən əvvəl movcüd olub və sizə heç nə verə bilməz.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00