NATO rəsmiləri Azərbaycanla əməkdaşlığı vacib hesab edirlər

"Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirmək üçün resurslara malikdir"

Bunu bu gün Bakıda "Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi" adlı konfransda çıxışı zamanı NATO-nun Gürcüstanda yerləşən Cənubi Qafqaz regionunun əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahu deyib. Tədbirdə çıxış edən NATO-nun Enerji təhlükəsizliyi şöbəsinin rəhbəri Maykl Röhle bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələlərində vacib ölkələrdən biridir. M.Röhlenin sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində NATO-nun ən vacib tərəfdaşlarından biridir. 
O bildirib ki, Azərbaycan təlimlər sahəsində də çox vacib rol oynaya bilər. Bu ölkə çox böyük nailiyyətlər əldə edir. trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00