Türkiyədə Azərbaycan həftəsinə yekun vurulub

"Türkiyədə Azərbaycan həftəsi"-nə yekun vurulub. "OLAYLAR"-ın Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiyi xəbərə görə, həftəlik çərçivəsində son tədbirlər paytaxt Ankarada keçirilib. Türkiyə baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin ilə görüş zamanı "Erməni məsələsində Azərbaycan və Türkiyə siyasətinin koordinasiyası" mövzusu müzakirə olunub. Daha sonra Türkiyə Xarici İşlər Nazirliyində diplomatlarla "Azərbaycanın xarici siyasəti - Azərbaycanın region siyasəti - Azərbaycan-Türkiyə münasibətləri" mövzuları ətrafında müzakirələr aparılıb. "Türkiyədə Azərbaycan həftəsi" Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə keçirilən "Dəmirdən İpəkyolu: Bakı-Tiflis-Qars Dəmiryolu" mövzulu konfransı ilə yekunlaşdırılıb.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00