Azərbaycanda və Gürcüstanda prezident seçkiləri
AŞPA-da müzakirə olunacaq
21 Noyabr 2013 11:41 SiyasətNoyabrın 22-də Vyanada Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Rafael Hüseynov iştirak edəcəklər. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, iclaslarda Avropada miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı problemlər, Azərbaycanda və Gürcüstanda son prezident seçkilərinin nəticələri, gender bərabərliyi, diskriminasiya və qadınlara qarşı zorakılığın digər növləri ilə mübarizə, Əfqanıstandan uyuşdurucu maddələrin nəqlinin Avropadakı təhlükəsizliyə təsiri, insan orqanları ilə alverə qarşı mübarizə, nəhəng meqapolislərdə idarəçiliyin təşkili, AŞPA üzvlərinin davranışına nəzarət və digər mövzularda fikir mübadiləsi aparılacaq. OLAYLAR