AXCP sədri Əli Kərimli ianəni də mənimsədi

AXCP sədri Əli Kərimli "Azadlıq" qəzetinə edilən maliyyə yardımını mənimsəyib. Bir neçə gün öncə qəzet borclarını ödəmək üçün abunə və ianə kompaniyası keçirmişdi. Ayrı-ayrı şəxslər qəzetə 30 min manatdan çox yardım edib. Bu yardımın cəmi 14 min manatı nəşriyyata olan borcun bir hissəsinin ödənilməsinə, 5 min manatı isə əməkhaqlarının ödənilməsinə yönəlib. Qalan vəsaiti isə "başqa xərclər" adı altında Əli Kərimli mənimsəyib. Bu barədə redaksiyamıza qəzetdəki mənbələrdən məlumat daxil olub.Mənbə deyir ki, Ə.Kərimli 11 min manatdan çox yardımı qəzetin baş redaktor əvəzi Rahim Hacıyevin vasitəsi ilə mənimsəyib. 11 min manatın yoxa çıxması redaksiyada narazılıq yaratsa da, R.Hacıyev işçiləri sakitləşdirib ki, pullar qəzet üçün guya kağız alınmasına xərclənib.Ə.Kərimlinin "Azadlıq" qəzetinə ayrılan yardımların (həm yerli vətəndaşların etdiyi yardımlardan, həm beynəlxalq təşkilatların ayırdığı qrantlardan söhbət gedir) mənimsəməsi ilə bağlı mediada çoxsaylı məlumatlar gedib. Görünür AXCP sədri bu ziyanlı vərdişini tərgitə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00