Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünün vaxtı açıqlanıb

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan dekabrın 5-6-da Kiyevdə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində görüşəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Xoqan bildirib.O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəldilmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00