“Rusiya, Ermənistan və Belarusun hava hücumundan müdafiə sistemi yaratması...”

“Qarabağ konfliktinin daha da dəırinləşməsinə səbəb olacaq”

Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında "Qarabağ" Blokunun novbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə,  toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub. Blok üzvləri Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünə münasibət bildirib. Qeyd olunub ki, Qərbin vasitəçiliyi ilə keçirilən bu görüş buna qədərki görüşlər kimi sırf protokol xarakteri daşıyıb və görüşün nəticələri Qarabağ probleminin həlli istiqamətindəki gözləntiləri doğrultmur. Bişkek protokolu imzalanan müddətdən 20 il keçməsinə baxmayaraq bu  və digər tərkibdə keçirilən görüşlərin  heç bir faydası olmayıb, problemin həllində irəliləyiş baş verməyib. Blok iştirakçılaı belə hesab edir ki, Azərbaycan hakimiyyəti Qarabağ probleminin həllində daha aktiv mövqe tutmalı, istənilən danışıqların aparılmasında təşəbbüsü ələ almalı, konfliktin həlli istiqamətində ATƏT-in Miknsk qrupu həmsədrlərinin dönuq fəaliyyətindən fərqli olaraq yeni ideyalarla çıxış etməlidir. Blok üzvləri Rusiyanın Ermənistan və Belarus Respublikaları ilə birgə hava hücumundan müdafiə sistemi yaratmaq təşəbbüsündən ciddi narahat olduğunu bildirib və bu planın geçəkləşməsinin Qarabağ konfliktinin daha da dərinləşməsinə, münaqişənin həllinin uzadılması və sərhədlərinin genişlənməsinə, Ermənistanın işğalçılıq siyasətinin daha da artmasına səbəb olacağıni diqqətə çatdırıb və Azərbaycan hakimiyyətini bu məkrli planın qarşısını almaq üçün beynəlxalq səyləri artırmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00