Millət vəkili İran rəhbərliyinə müraciət etdi

“Qapılar açılsın və illərdən bu yana olan dostluq məsələləri davam etsin”

Millət vəkili İsa Həbibəyli Milli Məclisdə İran-Azərbaycan sərhəd keçid məntəqəsində yaranan problemi qaldırıb. Bildirib ki, artıq bir həftədir ki, İran Culfa və Bilasuvar keçid məntəqəsini qapalı saxlaylır: "Naxçıvan tərəfdən keçid məntəqəsi açıqdır və insanlar o tərəfə keçə bilir. Bu sarıdan problem yoxdur. Hazırda İran sərhəddində minlərlə avtomobil var. Gərginlik mövcuddur və insanlar narazıdır. İran bizə dost ölkədir. İndiki halda qapıları bağlı saxlamaq normal məntiqə sığmır. Mən iran rəsmilərinə müraciət edirəm ki, qapılar açılsın və illərdən bu yana olan dostluq məsələləri davam etsin". OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00