Tiqran Sərkisyan: “Azərbaycanın Ermənistana cavabı ağır olacaq”
14 Noyabr 2013 13:02 SiyasətErmənistanın baş naziri Tiqran Sərkisyan yerli mətbuata açıqlamasında istifadəyə veriləcək Xankəndi aeroportu Azərbaycanın diqqətindən yayındırmağın vacib olduğunu bildirib. Sərkisyan qeyd edib ki, işğal altında olan Xankəndindən qalxan təyyarəyə görə Azərbaycanın cavabı Ermənistan üçün ağır olacaq: "Dəqiqdir ki, Azərbaycan bununla əlaqədar sakit dayanmayacaq və Ermənistana qarşı adekvat addım atacaq. Bu isə vəziyyəti bir qədər də çətinləşdirəcək". "Daşnaksütyun" partiyası Ali Məclisinin sədri Ağva Vardanyan da Azərbaycan tərəfinin verəcəyi reaksiya rəsmi İrəvanın gündəmində olan əsas məsələ olduğunu deyib. Qeyd edək ki, Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ermənilər tərəfindən inşa edilən hava limanı istifadəyə hazır vəziyyətdə olsa da Ermənistan Azərbaycan tərəfindən çəkinərək belə bir qərara getməkdən qorxur. ("OLAYLAR" İA)