Helsinkidə Konstitusiya Gününə həsr olunmuş konsert proqramı

Finlandiya Azərbaycan Assosiasiyasının Mədəniyət və musiqi işlər üzrə müdiri Ülviyyə Cabbarovanın rəhbərlik etdiyi AzərTürk uşaq musiqi qrupu Helsinkidə Hartwall - Arenada 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günündə konsert proqramı ilə çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, dövlət nümayəndələrinin də iştirak etdiyi konsertdə 4 dildə mahnılar ifa edən azərbaycanlı və türk uşaqlarının çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.  
Konsertdə iştirak edən bir çox dövlət təşkilatları qrupun rəhbəri Finlandiya Azərbaycan Assosasiyasının Mədəniyyət və musiqi işlər üzrə müdiri Ülviyyə Cabbarovaya müraciət edərək iş birliyi qurmağı təklif ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00