Müdafiə naziri yenidən cəbhə bölgəsinə gedib

Azərbaycanın müdafiə naziri Beyləqana səfər edib.  Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beyləqan Hərbi Birləşməsinin (2-ci Ordu Korpusu) şəxsi heyəti ilə görüşəcək.
Z. Həsənovun Beyləqanda yerləşən bir neçə hərbi hissəyə baş çəkəcəyi və vəziyyətlə yerində tanış olacağı bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən nazirin səfərinə münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Z. Həsənov müdafiə naziri təyin olunandan sonra cəbhə bölgəsindəki hərbi birləşmələrə baş çəkir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00