Çin və Azərbaycan strateji tərəfdaşlığın yeni səhifəsini açır - Səfir
29 İyul 20:35 SiyasətÇin və Azərbaycan strateji tərəfdaşlığın yeni səhifəsini açıblar.
Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda deyib.
O, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın iki ölkənin inkişafına güclü təkan verdiyini, eyni zamanda, hər iki xalqa nəzərəçarpacaq faydalar verdiyini qeyd edib.
Səfir xatırladıb ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyev Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına, Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açmağa dair birgə bəyanat imzalayıblar.
"Çin xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanla işləməyə hazırdır", - Lu Mey vurğulayıb.