Azərbaycan XİN başçısının müavini İran səfiri ilə görüşdü
10:40 SiyasətAzərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın ölkəmizdəki yeni səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Görüş zamanı Azərbaycan-İran ikitərəfli əlaqələrinin mövcud durumu, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Səfir iki ölkə arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.
Hər iki tərəf qarşılıqlı maraqlara söykənən əməkdaşlığın davam etdirilməsinin və əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31